Bia.Az

Baş Nazir koronavirusla mübarizə üçün dərman vasitələri və tibbi ləvazimatların alınmasına on milyon manat ayırıb

Siyasət
 2-03-2020, 19:00     353

Baş Nazir koronavirusla mübarizə üçün dərman vasitələri və tibbi ləvazimatların alınmasına on milyon manat ayırıbBaş nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.скачать dle 12.1