Bia.Az

Siyavuş Novruzovun dairəsindən yeni deputat seçilə bilər – Bu şəxsin şansı daha yüksəkdir

Siyasət
 13-07-2024, 11:46     484

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 5 saylı Babək - Naxçıvan - Culfa Seçki Dairəsindən yeni deputat seçilər bilər.

Bu barədə “AzPolitika”-ya seçki prosesi ilə bağlı məlumatlı mənbələr xəbər verib.

Qeyd olunur ki, həmin dairədən dəfələrlə Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmuş Siyavuş Novruzov bu dəfə bu dairədən namizəd göstərilməyə bilər.

Mənbələr bildirir ki, 5 saylı Babək - Naxçıvan - Culfa Seçki Dairəsindən Naxçıvan MR Teleradio QSC-nin rəhbəri Sahil Tahirlinin deputat seçilmək şansları yüksəkdir.

Siyavuş Novruzovun dairəsindən yeni deputat seçilə bilər

Xatırladaq ki, Siyavuş Novruzov mediada onun növbəti seçkilərdə YAP-ın namizədi olmayacağı barədə yazılanlara kəskin reaksiya bildirərək, bunu özünə qarşı təxribat adlandırmışdı.
скачать dle 12.1