Bia.Az

“İnşallah ordumuz qələbə çalacaq” – Karina Qriqoryan

Siyasət
 4-10-2020, 19:41     330

"Ermənilər anlamalıdır ki, dinc insanları hədəfə almaqla öz istəklərinə nail ola bilməyəcəklər".

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu sözləri erməni təxribatı zamanı Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində yaralanan Karina Qriqoryan bildirib.

Onun sözlərinə hadisə zamanı o qonşularla birlikdə olub: "Qonşularla birlikdə bizdə oturmuşduq. Bir anda baş verdi. Əl və üz nahiyəmdən xəsarət almışam.

Qonşularımdan yaralananlar oldu. Bu şəkildə savaş aparmaq olmaz. Dinc insanları hədəfə almaq müharibə qaydalarına ziddir. İnşallah ordumuz qələbə çalacaq və torpaqlarımız işğaldan azad olunacaq".
 
 

скачать dle 12.1