Bia.Az

DÜŞMƏNİN GƏNCƏNİ VURMAQDAKI MƏKRLİ NİYYƏTİ... – Paşinyan məhv olmaqdan xilas üçün son varianta əl atır

Siyasət
 4-10-2020, 13:59     257

Azərbaycan Ordusunun dünən strateji əhəmiyyətli Suqovuşan yaşayış məntəqəsini və ətrafda yerləşən strateji yüksəkliklərə nəzarəti ələ keçirməsi, Fizuli- Cəbrayıl istiqamətində daha 7 kəndi işğaldan azad etməsi Ermənistanda çaxnaşma yaradıb.


Baş nazir Paşinyan özü televiziya ilə xalqa müraciətində isterik halda çoxsaylı canlı qüvvə, texnika itkilərini, ordunun ağır vəziyyətə düşdüyünü etiraf edib.

Döyüş meydanında rüsvayçı məğlubiyyətlə üzləşən düşmən vəziyyətdən çıxmaq üçün beynəlxalq hüququn bütün prinsiplərini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Nəticədə yüzlərlə ev dağılıb, 20-dan artıq dinc sakin həlak olub, 70-ə qədər yaralı var.

Bu gün səhər saat 10:00 radələrindən etibarən erməni silahlı qüvvələri cəbhə xəttindən 60 kilometr məsafədə yerləşən Gəncə şəhərini raket zərbələri endirib. Düşmən bununla bir neçə məkrli məqsəd güdür.

İlk növbədə tələfat, dağıntılara törətməklə Azərbaycan əhalisi içərisində qorxu yaratmaq, cəmiyyətdəki ruh yüksəkliyinə, birliyə zərər vermək niyyəti var.

Daha sonra məqsəd Azərbaycanın atəş nöqtələrinə adekvat zərbələr endirməsindən sonra üçüncü tərəfi müharibəyə cəlb edə biləcəyini düşünür.

Konkret olaraq Rusiyanın müdaxiləsinə, Kollektiv Təhlükəsizlik Müqaviləsinin tələblərinin işə düşməsinə zəmin hazırlamağa çalışır.
Bununla yanaşı konfliktin miqyasını böyüdərək həmsədr ölkələr başda olmaqla beynəlxalq ictimaiyyətin döyüşlərin dayandırılması üçün praktik tədbirlər görməsinə, Azərbaycana təzyiqləri artırmasına nail olmağa cəhd edir.

Cəbhədə ağır məğlubiyyətə uğrayan düşmənin nəfəs dərməyə çox ehtiyacı var. Buna görə də, Paşinyan məhv olmaqdan xilas üçün son varianta əl atıb.

Ancaq bunun da nəticə verməyəcəyi şübhə doğurrmur. Azərbaycan ön xəttdə olduğu kimi diplomatik cəbhədə də düşməni məğlubiyyətə uğradıb. "Kiçik bacısı" Fransadan başqa heç bir ölkədən ciddi dəstək ala bilməyən rəsmi İrəvanın təxribatlarla Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək niyyətinin iflasa uğrayacağı şübhə doğurmur.

Bakının tələbi ilə Ermənistanı ya Gəncəyə hücumlarıı dayandırmağa vadar edəcəklər, ya da onu Azərbaycan Ordusu ilə təkbətək buraxacaqlar. Bu halda Ermənistanı hansı açınacaqlı aqibətin gözlədiyi isə hər kəsə məlumdur.

Politoloq Şahin Cəfərli də hesab edir ki, Azərbaycan öz addımlarını bu məqamları nəzərə alaraq atmalıdır: “Gəncənin atəşə tutulması Ermənistan ərazisindəki atəş nöqtələrinə və hərbi obyektlərə cavab zərbələri endirməyə legitim əsas yaradır.

Amma düşünürəm ki, bu mərhələdə təmkinli və soyuqqanlı hərəkət etmək lazımdır. İlk növbədə Xankəndi və işğal altındakı digər yerlərdə olan bütün hərbi hədəflər intensiv şəkildə vurulmalıdır. Vəziyyətin inkişafına uyğun olaraq sonrakı mərhələdə daha sərt variantlara əl atıla bilər”.скачать dle 12.1