Bia.Az

Erməni məktəbində “uşaq kabusu” peyda oldu - VİDEO

Siyasət
 21-02-2020, 14:14     1 106

Erməni məktəbində “uşaq kabusu” peyda oldu - VİDEOErmənistandakı məktəblərdən birində qeydə alınmış qeyri-adi kadrlar sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Bu barədə Britaniyanın “Daily Star” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistanda yerləşən məktəblərdən birinin təhlükəsizlik kameralarına “uşaq kabusu” olduğu iddia edilən siluet tuş gəlib. Hadisəni məktəbin mühafizəçisi üzə çıxarıb.

Belə ki, kadrlar qeydə alınan gecə məktəb tamamilə boş olmasına baxmayaraq, mühafizəçi qapının qarşısında dayanmış uşaq silueti görüb. Bir qədər sonra siluet qapıdan keçərək yoxa çıxıb, mühafizəçi isə məktəbdən uşaq səsləri eşitdiyini iddia edib.
скачать dle 12.1