Bia.Az

"Qərbə güvənən Ermənistanın Rusiya ilə uzaqlaşmaq siyasəti davam etsə, ciddi itkilərə məruz qalacaq"

Siyasət
 31-05-2024, 14:02     353

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir. Bu barədə təşkilatın katibliyindən bildirilib. Ermənsitanın görüşdə qəbul edilən qərarlara etiraz etmək haqqı da olmayacaq.


Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan KTMT-də fəaliyyətini donduduğunu bəyan edib.
Əhəd Məmmədli 
Əhəd Məmmədli

“Necə ki, biz Avropa Şurasında fəaliyyətimizi dondurmuşuq. Ermənistandakı Paşinyan iqtidarı da istəyir ki, Rusiyadan bacardığı qədər uzaqlaşsın. Bunu da edir. Ermənistan KTMT-də artıq itirdiyini itirib və KTMT-də iştirak etməməklə, Rusiyadan uzaqlaşmaqla heç nə itirməyəcək. Bir deyim var, “betərin betəri var”. Ermənilər indiki məqamda KTMT-dən uzaqlaşmaqla, yəni iclaslarda iştirak etməməklə formal olaraq üzv olaraq qalıb. Rusiyanın Ermənistanda hərbi varlığı davam etdiyi müddətdə Rusiya ciddi şəkildə Ermənistana qarşı fəaliyyətə keçməyəcək. Onsuz da bu “keşiş məsələsi”ndə ermənilər əlindən gələni ediblər ki, Paşinyan iqtidarını devirsinlər. Bundan sonra nə edəcəklər? Təbii ki, nəsə edə bilərlər. Görünür, ruslar bunu sonraya saxlayır və yaxud, hələ hədəflərində Paşinyan yoxdu”-deyən politoloq bildirib ki, indiki məqamda Ermənistanın Rusiya ilə uzaqlaşmaq siyasəti davam etsə, bu addım Ermənistan üçün mənfi nəticələnəcək.

“Qərbə güvənən ölkələrin postsovet məkanında hansı vəziyyətə düşdüyü göz önündədir. Ermənistan da Qərbə 2018-ci ildən yaxınlaşmağa başlayıb. Sonra itkilərə və məğlubiyyətə məruz qaldı. Bu siyasət davam etsə, Ermənistan daha ciddi itkilərə məruz qala bilər. Görünür, Paşinyan iqtidarı və Ermənistan əhalisinin ən azı yarısı bu nəticəni hesab etmir. Ona görə də Qərbə tərəf yürümək siyasəti aparmaqda imkan daxilində israrlıdırlar və bunu da edirlər”-deyə Əhəd Məmmədli qeyd edib.скачать dle 12.1