Bia.Az

Bakı üçün kritik 30 gün – İran 1 aydan sonra…

Siyasət
 28-05-2024, 15:50     332

İranda iyun ayının 28-də prezident seçkiləri keçiriləcək. Bu haqda İran rəsmi qurumları məlumat yayıb. Növbədənkənar seçkilərin keçirilməsinə səbəb mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasıdır.
Cənub qonşumuzda keçiriləcək seçki Azərbaycanda da həssaslıqla izlənəcək. Hazırda İranla münasibətlər çox önəmli mərhələyə qədəm qoyub. Tehranla Bakı arasında müsbət dönüş bar verdiyi vaxtda prezident Rəisi aviaqəzada həyatını itirdi.
İndi əsas suallardan biri budur ki, İranın növbəti prezidenti Azərbaycanla münasibətləri qaldığı yerdən müsbətə doğru davam etdirəcək, yoxsa əksinə, münasibətlər soyuyacaq? Bakı İrandakı seçkilərə nə kimi təsir göstərmək imkanına sahibdir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Azərbaycan heç vaxt hansısa ölkənin seçki kampaniyasına müdaxilə etməyib:
“Hər hansı ölkədə keçirilən seçkilərə digər ölkənin qarışması həmin dövlətin daxili işinə müdaxilədir. Bu beynəlxalq hüququn normalarına qarşıdır. Azərbaycan nə İranda, nə Türkiyədə, nə də digər ölkələrdə bu tip məsələlərə müdaxilə etmir. Dünya ölkələri seçki prosesinin nəticələrinə münasibət bildirir. Azərbaycan ötən il bu gün Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin demokratikliyini alqışladı. Seçkidə qalib gəlmiş siyasi qüvvəni təbrik etdi”.
Iran election: The men running for president - BBC News
Politoloqun fikrincə, İranda keçirilən siyasi kampaniyalar, hadisələr ölkənin, xalqının daxili məsələsidir:
“Türkiyədə keçirilən prezident seçkiləri ilə, İrandakı prezident seçkiləri mahiyyət etibarilə bir-birindən fərqlidir. Türkiyədə prezident dövlət başçısıdır. Ölkənin Ali baş komandanı, bir nömrəli təmsilçisidir. İranda isə prezident hökumət başçısıdır. Ali baş komandan və dövlətin başçısı deyil. İranın dövlət başçısı Ali rəhbər sayılan Ayətullah Əli Xameneidir. O, ölkənin Ali baş komandanı, dövlət başçısıdır və bütün məsələlərə cavabdehdir.
Rəsmi Bakı İranda keçirilən seçki kampaniyasına təsir etmir. İranda 30 milyondan çox Azərbaycan türkü var. Azərbaycan Respublikası 30 milyondan çox soydaşının taleyinə biganə deyil. Onların konstitusiya hüquqlarının bərpasına, ana dilində məktəblərinin olmasını istəyir. Amma bütün bunlar İranın daxili işlərinə qarışmamaq şərti ilə olur”.скачать dle 12.1