Bia.Az

Baydenin məktubunda mühüm detal: Bakının yaratdığı reallıqlar artıq qəbul edilir

Siyasət
 27-05-2024, 18:09     217

“ABŞ prezidentinin Azərbaycan prezidentinə 28 May Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması artıq ənənəvi xarakter alıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu göndərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, adətən bu cür məktublar pozitiv tonlarda yazılır:

“Bu ilki məktub da əvvəlki illərdən fərqlənmir. ABŞ prezidenti məktubda ikitərəfli münasibətlərə, diplomatik əlaqələrin qurulmasının tarixinə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorla mübarizə məsələlərinə toxunub. Bundan başqa məktubda iki ölkənin Əfqanıstanda çiyin-çiyinə döyüşməsi, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələləri də qeyd edilib.

Təbii ki, bunlar müsbət mesajlardır. İki ölkə arasında 30 ildən artıq əməkdaşlıq mövcuddur. Təəssüf ki, Vaşinqton müəyyən vaxtlarda siyasətini yeritmək üçün təzyiqlərə əl atır. Bu da münasibətlərə təsirsiz ötüşmür.

İki ölkə arasında müəyyən soyuqluq olsa da hazırda bu məsələ aradan qalxıb. Münasibətlərin inkişaf etdiyinin şahidi oluruq. ABŞ üçün Azərbaycan mühüm ölkədir. Vaşinqton Bakının regionda yaratdığı reallıqları artıq qəbul edir. ABŞ səfirinin Şuşaya səfəri də bunu sübut edir”.скачать dle 12.1