Bia.Az

Zəngəzur dəhlizini “qara mühasibatlıq”la məşğul olan dövlətə həvalə etmək olmaz”

Siyasət
 24-05-2024, 17:52     389

İran Prezidenti İbrahim Rəisinin faciəli ölümündən sonra hakimiyyətə kimin gələcəyi dünya ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Məsələ Azərbaycanda da tez-tez gündəmə gəlir. Bəzi ekspertlər iddia edir ki, İranın növbəti prezidenti Azərbaycanla münasibətlərin normallaşması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar ata bilər.

Bu iddia nə dərəcə doğrudur? Yeni prezident Bakı-Tehran münasibətlərinə nə kimi təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Zəngəzur dəhlizi kimi mühüm bir layihəni “qara mühasibatlıq” ilə məşğul olan bir dövlətə həvalə etmək olmaz:

“İran sanksiyalar altında olan bir ölkədir. Rusiya ilə də vəziyyət əslində belədir. Dəhliz ərazimizdən keçdiyi üçün icrasını Bakı mütləq özü gerçəkləşdirməlidir.

Azərbaycan Ermənistanla sülh prosesi çərçivəsində xeyli yol qət edib. Mühüm razılıqlar əldə edilib. Bu razılaşmalardan biri kimi Qazaxın 4 kəndi qeyd-şərtsiz bizə qaytarıldı. Bu mənada biz Zəngəzur dəhlizi məsələsində Ermənistanla müzakirə edib, həllinə nail ola bilərik.

İranla münasibətlərə gəldikdə isə hesab edirəm, yeni prezidentin kimliyindən asılı olmayaraq münasibətlər dəyişməyəcək. Rəisinin dövründə olduğu kimi, yaxınlaşma prosesi davam edəcək”скачать dle 12.1