Bia.Az

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Siyasət
 2-03-2020, 14:20     343

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Bu barədə “bia.az”a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq. Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı müzakirələr aparılacaq.

Deputat yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.скачать dle 12.1