Bia.Az

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

Siyasət
 8-05-2024, 17:05     284

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər.

Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq.скачать dle 12.1