Bia.Az

“Ərdoğanın andiçməsinə gedir, Putinin yox...” - Paşinyanı bunda da ittiham etdilər

Siyasət
 7-05-2024, 15:09     205

“Yəqin ki, Paşinyana Rusiya prezidentinin andiçmə mərasiminə getməyə icazə verilməyib, ya da o, özü istəməyib”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan olan deputatı Artur Xaçatryan deyib.

Rusiyayönlü və revanşist qüvvələri təmsil edən deputat iddia edib ki, Paşinyana həm xaricdən, həm də daxildən Putinin inauqurasiyasına qatılmağa icazə verilməyib. 

Bununla yanaşı, deputat xatırladıb ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçməsində iştirak edib: ““Ərdoğanın andiçmə mərasiminə yollanmaq və Əliyevinn arxasında oturmaq yəqin ki, onun həyati arzusu idi”.

Xaçatryan hesab edir ki, Ermənistanı böyük qüvvələr arasında toqquşma meydanına çevirməmək üçün hər şey edilməli idi, lakin hakimiyyət fərqli yol tutdu və nəticədə tamamilə tək qaldı.

Deputat aprelin 5-də keçirilən Brüssel sammitini də Paşinyanın növbəti uğursuzluğu adlandırıb və yenə onu Türkiyə ilə yaxınlaşmaqda ittiham edib: “Ermənistanda onu əyalətə çevirmək istəyən qüvvələr varmı, bilmirəm, amma hakimiyyət Ermənistanı (Türkiyə tərkibində) vilayətə çevirmək istəyir, ona görə də Paşinyan məmnuniyyətlə Türkiyə prezidentinin andiçmə mərasiminə getdi”.
Göründüyü kimi, revanşist və qatı millətçi qüvvələr Paşinyanın Ərdoğanın andiçməsinə getməsini, Putinin inauqurasiyasına isə qatılmamasını heç cür həzm edə bilmirlər. Bu da bir daha onların hansı mənbədən “qidalandıqlarını” və kimə xidmət etdiklərini göstərmiş olur.скачать dle 12.1