Bia.Az

Baş redaktor Müsavat qurultayından yazdı: "Siyasi ahıllar geri dönür"

Siyasət
 4-05-2024, 13:28     359

“İsa Qəmbər bu missiyanı yetərincə davam etdirə bilir və bilər”

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Müsavat Partiyasının qurultayı keçirilir. Cəmiyyətin tanınmış simaları partiyanın sayca XI olan qurultayı ilə bağlı öz fikirlərini bölüşürlər.

Öz mövqeyini sərgiləyənlər sırasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da var.

O, öz feysbuq profilində belə bir status paylaşıb:

“Siyasi ahıllar geri dönür. Verilən məlumatlara görə, Müsavat partiyasının indi bu saatlarda başlanan növbəti qurultayında İsa Qəmbərin başqanlıq seçimi olacaq. Ən düzgün yoldur, məncə. Müsavatın Azərbaycan istiqlalının, müstəqilliyinin qorunmasında siyasi təşkilat olaraq tarixi məsuliyyəti var. Bütün yerli, yersiz iddialara baxmayaraq İsa Qəmbər bu missiyanı yetərincə davam etdirə bilir və bilər”.скачать dle 12.1