Bia.Az

Xalqa sədaqət nümunəsi - Təbrik edirik Eldar müəllim!

Siyasət
 29-09-2020, 15:01     507

O, həyatı boyu saf, ülvi duyğulara tapınmaqla insanlığa, işıqlı fikirlərə dəstək verib. Onun üçün ən şərəfli iş xalqa, vətənə layiqli xidmət olub. Ağlı, bacarığı, işinə və insanlara sədaqəti onu həmişə başqalarından uca tutub. Sanki ona uca Tanrı vicdanlı iş görmək, elinə-obasına sədaqətlə xidmət etmək üçün dünyaya bəxş edib. Xasiyyəti –  xoş rəftarı, mərdliyi, yaxşını pisdən seçə bilməsi kimi keyfiyyətlərini çözələmək, onda olan mənəvi xəzinənin açarını tapmaq, ciddi bir məsələ olduğuna görə bu yazını işləyəndə məsuliyyətim bir az da artdı. Onu az-cox tanıdığım üçün cəsarətlənirdim, çünki onun sadəliyi, mehribanlığı, müdrikliyi həmişə məni düşündürüb. Odur ki, bu işıqlı, ziyalı, nəcib insan əsl vətəndaş haqqında bildiklərimi oxucularımızla bölüşmək istədim. Xalqa sədaqət nümunəsi göstərən belə insanlar elin əvəzsiz sərvətidir.

Əqidə, əməl adamı olan Azərbaycan Kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Allahyar oğlu Quliyev 26 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. Xarakterində cəmləşən bütün gözəlliklər, yaxşı dəyərlər, lap uşaq yaşlarından onun qəlbinə, ruhuna hakim kəsilib. O, ləyaqətli bir nəslin nümayəndəsidir.  1958-ci ildə Bakı şəhər 187 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirib. 1969-cu ildə D.Bunyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir.

  2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.

  Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnis adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Dünyanın ən qlobal problemlərindən birinə - ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.

  Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

...

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının  8-ci növbədənkənar qurultayında  millət vəkili Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib. Xalq sevgisi qazanmış Eldar müəllimə bu vəzifəsində də yeni-yeni nailiyyətlər, Allah sevgisini qazanmağı arzulayırıq.
BİA.az
скачать dle 12.1