Bia.Az

Aslan İsmayılov müxalifətə müraciət etdi

Siyasət
 29-09-2020, 13:55     375

Tanınmış hüquqşünas Aslan İsmayılov müxalifət partiyalarına və vətəndaş cəmiyyəti instituta müraciət edib.

Yenisabah.az hüquçünasın müraciətini təqdim edir:

“Əziz Həmvətənlərim, ard-arda Azərbaycan Respublikası Prezidentinə, Xarici İşlər Nazirliyinə edilən zənglər, bu barədə elan olunmasa da, müharibənin dayandırılması üçün ölkəmizə olan təzyiqlərdir. Hamınızdan xahiş edirəm, əlaqədə olduğunuz bütün beynəlxalq təşkilatlara bildirin ki, bizim apardığımız mübarizə Azərbaycan ərazisində baş verir. Biz BMT, ATƏT və Avropa Birliyinin də tanıdığı işğal olunmuş ərazilərimizi erməni işğalçılardan azad edirik. Biz elə adı çəkilən təşkilatların qəbul etdikləri qərarları beynəlxalq hüquq çərçivəsində yerinə yetirik. Bu gün heç kimin kənarda dayanıb seyr etmək haqqı yoxdur. Ölkəmizdə Böyük Vətən müharibəsi gedir və hamımız bu yolda var-gücümüzü səfərbər etməliyik! İnanıram ki, çağırışa hamınız səs verib, müxtəlif dillərdə müraciətlər imzalayıb mətnlərini sosial şəbəkələrdə yayacaqsınız. Bizim gücümüz birliyimizdədir! Qarabağ AZƏRBAYCANDIR!”скачать dle 12.1