Bia.Az

İlham Əliyev Rusiyaya gedir: Gözləntilər nədir? - ŞƏRH

Siyasət
 21-04-2024, 11:29     349

"Moskvada dövlət rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı regional məsələlələr də müzakirə olunacaq".

Bu sözləri politoloq Rəşad Bayramov "Cebhe.info"-ya açıqlamasında aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüşün ilkin gözləntilərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu görüş Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi üçün xüsusi əhəmiyyət kəsb edir:

"Rusiya sülhməramlıların vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra faktiki olaraq Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ başlayacaq. Hazırkı dövrdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmlənməsi üçün münasib imkanlar yaranıb. Hesab edirəm ki, iki dövlət rəhbəri arasında məhz bu istiqamətdə konkret danışıqlar aparılacaq.

Eyni zamanda həm Prezident İlham Əliyev, həm də Vladimir Putin görüş zamanı Cənubi Qafqazda hazırkı geosiyasi vəziyyət və regional münasibətləri də müzakirə edəcəklər. Bildirim ki, Qərb güc mərkəzlərinin Ermənistana maliyyə və hərbi dəstək verməsi onların bu regionda Azərbaycan, Türkiyə, Rusiya və İranın maraqlarına zidd hərəkət ediklərini göstərir. Buna görə də Azərbaycan və Türkiyə regionda öz addımlarını bir-birilə koordinasiya edir və bu istiqamətdə mütəmadi danışıqlar aparırlar.

İran tərəfi ilə bu kimi məsələlərin müzakirəsinə ehtiyac yoxdur. Faktiki olaraq, İran Cənubi Qafqazda Rusiyanın yerini doldurmaq istəyir. Tehran, hətta Ermənistanda Qərblə gizli sövdələşməyə də əl ata bilər. İran hakimiyyətinin Ermənistanın Qərblə yaxınlaşmasına susması bunu sübut edir.

Regionun güclü dövlətləri - Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi maraqlarının koordinasiyası üçün birgə addımların atılmasına ehtiyac var. Sözsüz ki, iki dövlət rəhbəri arasındakı növbəti görüşdə bu məsələ əsas müzakirə predmenti olacaq".скачать dle 12.1