Bia.Az

"Qarabağın azad edilməsi ilə Turan ideyası daha da gücləndi" - Partiya sədri

Siyasət
 12-04-2024, 13:48     336

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan,Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Vətən müharibəsi zamanı hər kəs iki ölkənin qardaşlıq münasibətinin bir daha şahidi oldu. Vətən müharibəmizin qürur dolu tarixinin ilk anlarından qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. 44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Xüsusən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Türkiyə, Azərbaycan münasibətlərinin ən yüksək dönəmini yaşadığını deyən AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, Qarabağ savaşından əvvəl və ondan sonrakı dövrdə qardaş ölkənin Azərbaycana dəstəyi siyasi, iqtisadi, hərbi cəhətdən daha böyük olub:

“İki qardaş ölkənin əlaqələri belə də davam etməlidir. Çünki regionda və dünyada Türkiyə-Azərbaycan münasibətlərini qısqanan kifayət qədər ölkələr var. Eyni zamanda həmin əlaqələri korlamağa çalışan qüvvələr də mövcuddur. Daxildə də həmin qüvvələrin ocaqları var ki, onlar vasitəsilə Azərbaycan siyasətinə təsir etməyə cəhd göstərirlər. Amma biz Azərbaycan və Türkiyə münasibətlərinin yüksək səviyyədə qorunması üçün çalışmalıyıq. Azərbaycan-Türkiyə əlaqələri iki ölkəyə də böyük uğurlar qazandıracaq. Türkiyə-Azərbaycan müttəfiqliyi, Qarabağın azad edilməsi ilə Turan ideyası daha da gücləndi. Ona görə də həmin əlaqələr bütün Türk İslam dünyası üçün önəmlidir”.
скачать dle 12.1