Paşinyan Rusiya ilə münasibətlərindən danışdı- "Səhvə yol verməmişik"
"Ermənistan Rusiya ilə mübahisə etmək istəmir, lakin onunla münasibətlər transformasiya olunur".
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Rusiya ilə münasibətlərimizdə heç bir səhvə yol verməmişik:
"Rusiyanın bizi öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edə biləcəyi bir məqam yoxdur, əks situasiyalar təəssüf ki, çoxdur”.
Onun sözlərinə görə, indi “tarixi Ermənistan”la Rusiya arasındakı münasibətdən “əsl Ermənistan”la Rusiya arasındakı münasibətlərə keçid var.