Bia.Az

Brüsseldə bağlı qapılar arxasında qərar verildi – “Xoşagəlməz hadisələr olacaq”

Siyasət
 8-04-2024, 15:00     311

Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammitindən gözləntilər özünü doğrultmadı. Xüsusilə bu, Ermənistan üçün belə oldu. Belə ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığının azaldılması niyyəti ilə “tarixi dönüş” olacağı və İrəvana ciddi maliyyə dəstəyi göstəriləcəyi gözlənilirdi. Amma Qərb İrəvana 7-8 il müddətinə ildə 3 milyard avro ayrılacağını dedi.

Bəzi ekspertlər isə hesab edir ki, əslində, bu addım gözdən pərdən asmaq məqsədi daşıyır. Yəni Brüsseldə hərbi motivli bir müqavilə imzalanıb və bu açıqlanmır.

Maraqlıdır, Brüssel görüşü niyə keçirildi? Bağlı qapı arxasında nələr danışıldı, hansı qlobal qərarlar qəbul edildi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Qərbin Ermənistanı silahlandırması Azərbaycanı narahat edir:


5 aprel 2024-cü il. Brüsseldə Aİ və Ermənistan arasında saziş imzalandı
“Bu təkcə Azərbaycanın bəlası, dərdi deyil, bütün regionun, hətta beynalxalq birliyin ortaq problemidir. Çünki açıq-aşkar dünya çapında 8-9 qaynar münaqişə ocağı var və onların aktivləşdirilməsi prosesi gedir. Vəziyyət belə davam edərsə, heç də xoşagəlməz proseslərin şahidi olacağıq. Bu, yeni dünya müharibəsini başlada biləcək real təhdidlərdir.
Qərbin başıpozuq yanaşması, Ermənistan rəhbərliyinin zəifliyindən sui-istifadə etməsi gərginliyi artırır. Bu məsələyə dırnaqarası baxmaq olmaz, çünki ciddi və təhlükəli məsələdir. Biz görürük ki, region ölkələrinin bəzilərinə Qərb təsir edir. Bu təsir vasitəsilə həmin ölkələrdən Ermənistana silah yardımları edilir.
Hazırda yeni dünyanın bölgüsü baş verir. Bizim gördüyümüz bütün proseslər bu əsas prosesin tərkib hissələr. Burada fövqəlqüvvələrin niyyətləri nəcib xarakter daşımır. Azərbaycan bu məsələ ilə bağlı narahatdır.
Rəsmi Bakı qeyd edir ki, Qərbin Ermənistanı silahlandırması Azərbaycan, Türkiyə və digər region ölkələrini təhdid edir. Məqsəd odur ki, Qərb öz yerini möhkəmlətsin, düşmənlərinə qarşı niyyətlərini yerinə yetirsin”.скачать dle 12.1