Bia.Az

Kəndlər qaytarılır - Artıq ərazilər ölçülüb, Azərbaycan hərbçiləri...

Siyasət
 2-04-2024, 12:00     231

Azərbaycana təhvil veriləcək 4 kəndin ərazisi artıq ölçülüb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, ölçmə işi hələ 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən aparılıb.

Baqratyan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözügedən ərazilərin təhvil verilməsi işi ilə fəal məşğul olduğunu bildirib.

“Təkcə bunları yox, Azərbaycan daha 4 kəndi tələb edir”, - sabiq baş nazir vurğulayıb.

Söhbət Azərbaycana məxsus anklavlar – Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlıdan gedir.

Baqratyan Zəngəzur dəhlizinin açılması məsələsinin də Azərbaycanın gündəmindən çıxmadığını söyləyib:

“Azərbaycan dəhliz fikrindən əl çəkmir, eləcə də yüz minlərlə azərbaycanlının bura qaytarılması məsələsindən...

Baş nazir Nikol Paşinyan və Mqer Qriqoryan oturub “Google Maps”lə danışıqlar aparır. Artıq dördüncü dəfədir “Google Maps”də Azərbaycanın xeyrinə dəyişiklik görürəm. Bu təkcə Tavuş yox, həm də Zəngəzur istiqamətindəki ərazilərlə bağlıdır”.

Baqratyan xatırladıb ki, anklavlar və kəndlərin qaytarılması məsələsi 10 noyabr bəyanatının ilkin versiyasında da yer almışdı.

Sabiq baş nazir aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa Birliyi-Ermənistan görüşündən də heç nə gözləmədiyini qeyd edib:

“Bu görüş heç nə verməyəcək, bəlkə də 100 milyon dollar pul verəcəklər. Hər il Rusiyadan bizə 10 milyard dollar göndərilir, bunun qarşısında həmin rəqəm heç nədir. Qərbin büdcəsi kasıblaşıb, kəsirləri var, silah-sursatı yoxdur. Qərb bu vəziyyətdədir”.
скачать dle 12.1