Bia.Az

Ermənistanın bu ərazilərə hücum planı: Bakı həmin bölgəni vuracaq - NƏ BAŞ VERİR?

Siyasət
 13-03-2024, 11:24     264

Ermənistan sülh danışıqlarını imitasiya etməklə məşğuldur. Vaxtaşırı təxribatlara əl atan erməni tərəfinin sülh müstəvisində qətiyyətsiz olduğu hər kəsə bəllidir. Nikol Paşinyan və onun komandası sülhdən danışsa da, əməldə bunun əksini edir. Ermənistan Azərbaycanı dünya ictimaiyyətinə sülh tərəfdarı olmayan ölkə kimi göstərməyə çalışır. Fakt isə odur ki, 2021-ci ildə Azərbaycan Prezident Ermənistana 5 prinsipdən ibarət sülh şərtlərini təklif edib.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr, Qarabağdan çıxan separatçılar sülh müqaviləsinə qarşıdır:

“Ermənistanın silahlanması da sülh prosesinə zərbədir. İddia edirlər ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Ona görə də, İrəvanı silahlandırmağa çalışırlar. Bunların heç bir əsası yoxdur. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib”.

Komitə sədri bildirib ki, Hindistandan Ermənsitana verilən silahlar heç nəyi dəyişməyəcək:

“İran da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onlar səmimidirsə, sülh müqaviləsinin imzalanmasını müdafiə etsin. Prezident İlham Əliyev bəyan edib ki, bölgədə sülh arxitekturası möhkəmlənməlidir. Bununla Cənubi Qafqazda əbədi sülhə nail olmaq olar”.

Millət vəkili hesab edir ki, Azərbaycan Ermənistanın təxribatalarına cavab verməyə kifayət qədər hərbi gücü və imkanları var:

“Fransa kimi ölkələr isə Qafqazda sülh istəmirlər. Məqsəd Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Regiona öz qüvvələrini yerləşdirmək niyyətləri var. Bu, Ermənistanın deyil, öz maraqlarına xidmət edən məsələdir”.

Ziyafət Əsgərova görə, Ermənistandan Azərbaycana real təhlükə olduğu halda BMT Nizamnaməsinə görə, buna cavab şox sərt olacaq:

“II Qarabağ müharibəsindən dərs almayıblarsa, Azərbaycan onları düzgün yola gətirməyi bilir. Təxribatın qarşısı dərhal alınacaq. Ermənistan Azərbaycana hücum etmək istəyirsə, bunu nəticələrini düşünməlidir. Ermənistan çox ciddi şəkildə cəzalanacaq”.
скачать dle 12.1