Bia.Az

RUSİYA YENƏ ERMƏNİSTANA SİLAH DAŞIYIR - Türkiyə yeni faktlar aşkarladı + VİDEO

Siyasət
 31-08-2020, 13:22     407

Rusiyanın Ermənistana silah-sursat daşıması ilə bağlı yeni faktlar üzə çıxıb. Türkiyənin "Haber Qlobal" telekanalının hazırladığı süjetdə Mosknavın son günlər hava yolu ilə Ermənistana 500 tondan artıq silah daşıması faktlarla təqdim olunur.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətdində həyata keçrdiyi təxribatlar zamanı Rusiyanın işğalçı ölkəyə 400 tondan artıq silah daşıması faktları üzə çıxmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edərək bu bardə izahat istəyib. Bundan iki həftə sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya səfər edib. O, Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə Ermənistana silah çatdırılması faktlarını inkar etməyə cəhd göstərib. Təqdim olunan sənədlərin Rusiyanın Ermənistandakı hərbi bazasına lazım olan tikinti avadanlıqları(?) olduğunu iddia edib.

Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev isə Şoyqunun bu izahatlarının rəsmi Bakını qane etmədiyini açıqlayıb.AzPolitika.info



BIA.az
скачать dle 12.1