Bia.Az

“Anadolu”ya bir, “Franse 24”ə başqa söz deyən Mirzəyan - dəyişməyən erməni xisləti

Siyasət
 8-03-2024, 16:36     347

“İndi Azərbaycanla əsl sülhə nail olmaq imkanı mövcuddur. Güman edirəm ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi, bizim xalqlarımız da sülhə layiqdirlər və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik”.

Bu “kövrək”, gəlişigözəl sözləri Türkiyənin “Anadolu” agentliyinə Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan deyib.

İlk baxışda konstruktiv mövqedir. Amma və lakin qiymət sözə deyil, əmələ görə verilir. Mirzəyan isə 44 günlük müharibədən sonra Azərbaycanla bağlı heç də sülhpərvər açıqlamaları ilə tanınmayıb.

Misal üçün, Nikol Paşinyan komandasında Bakıya qarşı “etnik təmizlımə” ittihamını ən çox dilə gətirənlərdən biri və bəlkə də birincisi elə Mirzəyandır. Halbuki özü də əla bilir ki, belə şey yerli-dibli olmayıb. Di gəl, ranqından asılı olmayaraq, bütün əcnəbi siyasilər və diplomatlarla görüşündə o, yeri gəldi-gəlmədi, həyasızcasına bu iftiranı bizə atır...

İndi özünü “sülh göyərçini” kimi göstərməyə səy edir. Əlbəttə ki, göründüyü kimi deyil. Əgər o, Türkiyə mediasına yox, tutaq ki, Fransanın “Le Monde” qəzetinə və ya “France 24” telekanalına danışsaydı, bax onda tamam ayrı şeylər, cəfəngiyatlar söyləyəcək, yenə də Azərbaycana böhtan atacaqdı. Faktiki iki xalq arasında barışığa yox, düşmənçiliyə xidmət edən ənənəvi yaramaz mövqeyini təkrarlayacaqdı.

Yəni Ararat Mirzəyanın əsl simasını onda görəcəkdik. Üstəlik, o, böyük sülh anlaşması üçün Bakıya şərt də qoyacaqdı. Daha dəqiqi, bu şərt çoxdan mövcuddur və bir neçədir. Məsələn, sərhəddən hər iki tərəfin öz hərbi qüvvələrini “güzgü prinsipi” ilə geri çəkməklə bağlı heç də sülhə xidmət etməyən hiyləgər təklif. Azərbaycan onu haqlı olaraq rədd edib.

Yaxud Bakının sırf beynəlxalq hüquqa əsaslanan 5 məlum baza prinsipi üzərində qurulacaq sülh müqaviləsini İrəvanın üç ildir müxtəlif bəhanələrlə yubatması, bu fonda isə Fransa, Hindistan hesabına altdan-altdan sürətlə silahlanması. Azərbaycanın guya Ermənistanın 31 kəndini (!) işğal etməsi və s...

Xatırladaq ki, Ararat Mirzəyan Ermənistan hakimiyyətindəki qırğıları təmsil edir. Hətta bəzən Nikolun hansısa bəyanatlarını sıfırlayan fikrilər söyləməkdən belə çəkinmir. Bilmək olmur nə istəyirlər.

Aydındır ki, öz adı belə (“Ararat”) Türkiyəyə ərazi iddiasının rəmzi olan Mirzəyan qardaş ölkə mediasına danışarkən pozitiv görünməyə çalışacaq. Daha bir səbəbə: Ararat Mirzəyan daxil, Ermənistan hökuməti qardaş ölkənin sülhlə bağlı prinsipial mövqeyindən xəbərdardır: öncə kapitulyant ölkə Azərbaycanla barışmalı, sülh sənədi imzalamalıdır. Yalnız ondan sonra Türkiyə ilə sərhədlərin, kommunikasiyaların açılmasına, siyasi-diplomatik əlaqələrin bərpasına ümid edə bilər.

Doğrudur, qardaş dövlət sərhədləri işğal faktına görə bağlamışdı. Erməni isə iddia edir ki, artıq işğal bitdiyi üçün sərhədlərin hələ də bağlı qalması məntiqsizdir. Xeyr. Məntiqlidir. Niyə?

Əvvəla, işğal bitsə də müharibə bitməyib. Çünki Ermənistan Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiasından əl çəkməyib. Gerçək həmçinin belədir ki, İrəvan iki əsas qonşusu ilə ədalətli sülh müqaviləsi imzalamaq niyyətindən uzaqdır, öz konstitusiyasını, digər normativ hüquqi aktları beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsmir, altdan-altdan revanşist planlar qurur. Ən təhlükəsi, bu dəfə Qərbin əli ilə Azərbaycanı yeni müharibəyə sürükləmək istəyir...

Ötə yandan, tutaq ki, Bakı ilə sülh imzalanmadan Ankara sərhədləri açdı. Kim zəmanət verə bilər ki, ardınca iqtisadi cəhətcə dirçəlib güclənən və ayağa qalxan Ermənistan Azərbaycan əleyhinə revanşizmə bir az da şirniklənməyəcək? İrəvan heç hazırkı zəif, miskin durumunda sülh sənədini imzalamaqdan yayınır, “özünə gələndən” sonra buna gedərmi? Bizdən yaxşı ermənini kim tanıya bilər ki?

Odur ki, Mirzəyanın “Anadolu”ya söylədiklərinə çürük qoz da düşmür...

Musavat.com
скачать dle 12.1