Bia.Az

"Ölkə üzrə qapanmadansa..." - Hikmət Hacıyev

Siyasət
 29-08-2020, 13:31     690

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şirvanda yoluxmanın çox olması səbəbindən bütün şəhərin deyil, lokal bağlanmanın Bakıda da tətbiq edilib-edilməyəcəyi məsələsini şərh edib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, lokal bağlanma modeli dəqiq araşdırılır: “Şirvanda da bütün şəhərin deyil, yalnız xəstəxanaların lokallaşdırılması daha effektivdir. Amma burada paralel bir proses də var. Bakı şəhərində sıxlıq çox böyükdür və vətəndaşların hərəkət dinamikası, intervalı da çox yüksək şəraitdədir. 

Ona görə də bunun hansı dərəcədə tənzimlənməsi və yaxud da belə bir qərar qəbul ediləcəksə, onun idarə edilməsinin tam effektivliyi ilə bağlı müəyyən suallar var, ona görə dəqiqləşmələr tələb edir. Ümumiyyətlə, gələcəyə baxış ondan ibarətdir ki, əgər müəyyən dövrdə artım halı baş verərsə, bütün ölkə üzrə qapanmadansa, konkret məntəqələr üzrə qapanma bəlkə də daha effektiv ola bilər. Amma yenə də gələcəyi proqnozlaşdırmaq çətindir. Mexanizm olaraq bu, öyrənilir və araşdırılır”.скачать dle 12.1