Bia.Az

Durum kəskinləşir: Lavrovdan sərt xəbərdarlıq - "Azərbaycanla birbaşa toqquşma..."

Siyasət
 3-03-2024, 13:14     221

Rusiya artıq Ermənistana qarşı konkret addımlar atacağını bəyan etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

Onun sözlərinə görə, Rusiya ondan aralanmaq üçün qərarlarını qətiləşdirən Ermənistana qarşı ritorikasını sərtləşdirib:
"Proseslər sürətləndikcə, ritorika da sərtləşir, fikir vermisinizsə, Lavrov artıq bu dəfə konkret addımlardan danışır. Hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil. Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Azərbaycanla münaqişəli vəziyyət. Bunların hamısı bizim üçün çox ağrılı məqamlardır. Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı biri ilə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa toqquşma olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda, Ermənistan nə qədər Qərbə doğru addımlarını sərtləşdirsə, Rusiya öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq".
Baqdasaryan Kremlin Baş nazir Nikol Paşinyanı devirmək cəhdlərinə əl atacağını da istisna etməyib:
"Rusiya dolayısı ilə Ermənistanda siyasi proseslər, müxalif hərəkatlar və ya hakimiyyət dəyişikliyi prosesi yaratmağa çalışa bilər. Çünki onun belə bir şeyi birbaşa etməyə haqqı yoxdur, bununla Ermənistanın daxili işlərinə qarışmış kimi olacaq. Amma dolayı yolla buna baş vura bilər. Hər halda, bu mexanizm çoxdan var.
Nikol Paşinyana inansaq, Rusiya artıq belə cəhdlər edib. Paşinyanın özü söyləyir ki, ruslar burada bir neçə dəfə hakimiyyəti dəyişməyə cəhd göstəriblər".
Politoloq Ermənistanda səs-küy yaradan hökumətin xüsusi səfiri Edmon Marukyanın istefasına da toxunub. Marukyan istefa ərizəsində bəyan edib ki, mövcud xarici siyasətlə razı deyil. Amma 2022-ci ildən sonra Paşinyanın siyasəti dəyişməyib. Ola bilərmi ki, Paşinyan Marukyan üçün fərqli rol planlaşdırıb?
Baqdasaryanın məsələ ilə bağlı fikri belə olub:
"Bəli, Ermənistanın xarici siyasəti doğrudan da yeni deyil. Ya Edmon Marukyan Ermənistanın xarici siyasətinin gələcəyi ilə bağlı bizim bilmədiyimiz nəyisə bilir və buna görə istefa verib, ya da ola bilsin, hansısa ümummilli, seçki proseslərində fəal iştirak etməyə çalışır. Ya da siyasi lider kimi tanınmaq niyyətindədir".
Politoloq Ermənistan daxilində ciddi siyasi proseslərin getdiyini vurğulayıbскачать dle 12.1