Bia.Az

Simonyandan Köçəryan etirafı: - “Qırğın əmrini o verib”

Siyasət
 1-03-2024, 13:08     312

2008-ci il martın 1-də dönəmin Ermənistan rəhbərliyi öz hakimiyyətini qorumaq üçün İrəvanda qırğın törətdi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Həmin gün ermənilər bir-birlərini qırdılar, 10 nəfər öldü, xeyli insan yaralandı. Bütün bunlar bir şey - hökumətin saxlanılması üçün edildi. Kreslolarını saxlamaq üçün erməni xalqının qanını tökdülər, öldürdülər, canlarını aldılar”, - spiker bildirib.

Martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilən dinc aksiyada iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri dönəmin prezidenti Robert Köçəryan tərəfindən verilib. Baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Köçəryan barəsində cinayət işi açılıb.
скачать dle 12.1