Bia.Az

"Ey Millət, VƏTƏN və QARABAĞ DAVASI aparmayan heç bir tərəfə inanma!"- HÜRRÜ ƏLİYEV

Siyasət
 21-08-2020, 21:30     898

Səfərbərlik, get gəllər və Türk ordusunun gəlişi. Bunlar hamısı Millətin alovlanmaqda olan Qarabağ yanğısını söndürmək siyasəti idi. Xeberdar.net xəbər verir ki, Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev son dönəmlər baş verən hadisələrdən danışıb. Bu barədə öz Feysbuk səhifəsində yazıb. O bildirib ki, Şəhidlərin qisası. Savaş əmri. Qarabağın azadlığı.

Nəticə? Heç nə.

Və bu məsələni ölkədə heç bir siyasi təşkilat dilə gətirmir. Biz hadisə baş verən ilk gündən sinəsinə döyən bütün təşkilatlara təklif verdik ki, iqtidardan Müharibə əmri tələbinə dair birlikdə bəyanat qəbul edək və bunun uğrunda mübarizə aparaq. Etmədilər.
Bu gündə heç nə olmamış kimi hamısı yenə də öz boş siyasətini davam etdirməkdədirlər.

Ey Millət Vətən və Qarabağ davası aparmayan heç bir tərəfə inanma. Biləsən ki, bu mübarizədə olmayan hər kəs səni aldadır.Biz bu gün millət olaraq bu utancla yaşamamlıyıq, buna susmamalıyıq

Qarabağın azadlığı uğrunda daim ayaqda və mübarizə də olmalıyıq.

"Ey Millət, VƏTƏN və QARABAĞ DAVASI aparmayan heç bir tərəfə inanma!"- HÜRRÜ ƏLİYEV

BIA/az
скачать dle 12.1