Bia.Az

SABİQ REKTOR MEHDİYEVİN ŞƏRƏFİNƏ TOST DEYİR... - "Niyə məni narahat edirsiniz?" + VİDEO

Siyasət
 21-08-2020, 20:38     517

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir.

Məsələ ilə bağlı “Report”un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib: “Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”



Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. 

Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

Mərasimdən çəkilmiş kadrlardan belə görünür ki, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər. Yəni, karantin qaydalarını heçə sayıblar... 


BİA.az
скачать dle 12.1