Bia.Az

"Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin" - Zərdüşt Əlizadə

Siyasət
 21-02-2024, 17:02     170

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə təbii ki, Azərbaycan qədər müstəqil siyasət apara bilməz. Ermənistan Qarabağ münaqişəsi zamanı bütün ixtiyarı Rusiyaya vermişdi. Bu ölkə də onu haraya istəyirdi, oraya sürüyürdü. İndi Ermənistan çox çətinliklə bu asılılıqdan xilas olmağa çalışır. Bunun üçün də ümud edir ki, Qərb ona kömək edəcək. Qərbin də öz istəkləri var. Qərb təmənnasız olaraq heç bir ölkəyə kömək etmir. Hər zaman öz milli və dar iqtisadi marağını güdür. İndi Ermənistan Azərbaycanla ikili danışıqlarda görür ki, masanın başında oturan dövlət ondan güclüdür, irəli sürdüyü tələblər qanunidir, beynəlxalq hüquqa uyğun gəlir. Ermənistanın "yox" demək üçün gücü, imkanı olmalıdır. Amma o güc və imkan yoxdur”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Bakupost.az -a açıqlamasında deyib.


O bildirib ki, Ermənistan bu güc və imkanı ona Qərb ölkələrinin təmin edəcəyinə ümid bəsləyir:


"Amma Qərb ölkələri bunu təmənnasız etmir. Qərb istəyir ki, Ermənistan onun qarşısında süverenliyini itirsin və onu Fransanın ixtiyarına versinlər”.


Politoloq qeyd edib ki, Azərbaycan üçüncü tərəfin iştirakı ilə Ermənistanla danışıqlara getmir:


"Dəfələrlə bildirilib ki, biz Ermənistanından 1 kv. sm torpaq belə istəmirik. Özümüzün də 1 kv. sm torpağımızı heç kimə vermərik. Bizim ərazi bütövlüyümüzü tanısınlar, anklav kəndləri ya qaytasınlar, ya da ərzai mübadiləsinə getsinlər. Delimitasiya prosesini həyata keçirsinlər. Zəngəzur yolunu açsınlar. Vəssalam. Biz də qarşılıqlı olaraq yolları açaq”.
скачать dle 12.1