Bia.Az

Azərbaycanda bu nazirlər İSTEFA VERƏCƏK – SİYAHI

Siyasət
 8-02-2024, 01:37     179

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilən Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Referans.az bildirir ki, Konstitusiyanın 102-ci maddəsinə əsasən, Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir. Ana qanunun bu tələbinə görə seçkilərin qalibi olan şəxs fevralın 21-də prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Deməli, Azərbaycan Nazirlər Kabineti bu ilin fevralın 21-də Prezidentə istefasını təqdim edəcək.

İstefa verəcək şəxslərin siyahısını təqdim edirik:

Azərbaycan Respublikasının Baş naziri – Əli Hidayət oğlu Əsədov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov
Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev
Azərbaycan Respublikasının daxili şlər naziri – Vilayət Süleyman oğlu Eyvazov
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev
Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov
Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev
Azərbaycan Respublikasının hövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov
Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov
Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov
Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov
Azərbaycan Respublikasının kənd təsərrüfati naziri – Məcnun Qadir oğlu Məmmədov
Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov
Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli
Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev
Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev
Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı
Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov
Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov
Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli
Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev

Qeyd edək ki, Dövlət başçısı andiçmədən sonra Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edəcək. Nazirlər Kabinetinin tərkibində yeniliklər ola bilər. Ehtimal olunur ki, bəzi şəxslər yeni hökumətdə təmsil olunmayacaq.скачать dle 12.1