Bia.Az

ELDAR HƏSƏNOVDAN SONRA MƏMMƏDYAROV?... - Keçmiş nazirin ölkədən çıxışına qadağa qoyulub

Siyasət
 14-08-2020, 15:51     510

Azərbaycanın keçmiş Xarici Işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu barədə qərar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xarici İşlər Nazirliyində (XİN) həyata keçirilmiş anti-korrupsiya əməliyyatı ilə bağlıdır.
“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, - deyə mənbə bildirib. (gununsesi.info)

Qeyd edək ki, cinayətdə təqsirləndirilən Fərhad Mollazadə, Səlim Əlizadə və Faiz Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Dünən isə Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov saxlanılıb. DTX-nın bu barədə yaydığı məlumata görə, səfirlikdə Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan əvvəl mətbuatda Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ-ın Nyu York şəhərində 4.2 milyon dollara iki mənzil alması barədə məlumatlar yayılıb. Nazir bu xəbərləri inkar etməyib, XİN isə bunu "şəxsi məsələ" adlandırıb.

Elmar Məmmədyarov Tovuzda gedən döyüş əməliyyatları zamanı - iyulun 14-də Prezident İlham Əliyev tərəfindən sərt tənqid olunub və bir gün sonra istefaya göndərilib.

BİA.az
скачать dle 12.1