Bia.Az

Bizi sanksiya ilə hədələyirlər, qorxmaq lazım deyil – Aqil Abbas

Siyasət
 1-02-2024, 11:52     131

“Bizi sanksiya ilə hədələyirlər, bundan heç qorxmaq lazım deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə ilk iclasında deputat Aqil Abbas deyib.

“Onsuz da 30 ildir sanksiya vəziyyətindəyik. İrana 40 ildir snaksiya tətbiq ediblər, lakin o öz fəaliyyətinə davam edir. Biz sanskiya tətbiq etsək çöldə qalarlar. Fransanın atom elektrik stansiyası uranla işləyir. Rusiya Parisi Afrikadan çıxardı. İndi onun uran almaq üçün tək ümid yeri Qazaxıstandadır. Uranı təyyarə ilə daşımaq mümkün olmur, sadəcə gəmi ilə olar. Onun daşınması üçün isə yol ya Rusiya, ya da Azərbaycandan keçir. Fransa üçün Rusiyadan keçid mümkün deyil. Bəs biz onlara sanksiya tətbiq etsək vəziyyətləri necə olacaq”.

“Çox istəyərdim ki, Fransa Prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etsinlər. Öz gözü ilə görsün ki, ermənilər burada necə yaşayır. Biz heç vaxt sinaqoqa,kilsəyə zərər vurmarıq, hamısı Allahın evidir. Görsünlər ki, həmin ibadət yerlərini nefcə təmir edirik”, – deputat bildiribскачать dle 12.1