Bia.Az

"Fransanın dövlət rəhbərliyi və siyasi dairələri Minsk qrupunun "tərəfkeşlik" ənənəsini davam etdirir"

Siyasət
 29-01-2024, 13:14     122

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Fransa ilə münasibətlər ən aşağı nöqtədədir. Nazir bildirib ki, Fransa tərəfindən bəzən açıq şəkildə bəyanatlar səsləndirilib, bəzən ölkəmizə qarşı özündə hədə ifadə edən açıqlamalar verilib. Nazir vurğulayıb ki, müxtəlif platformalarda ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır. Nazir həmçinin bildirib ki, Azərbaycan buna adekvat cavab verəcək.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa ilə münasibətlərdə yaranmış müəyyən soyuqluq ilk növbədə Fransa dövlətinin Azərbaycana qarşı apardığı antiazərbaycan təbliğatının nəticəsidir. Çünki əvvəllər münasibətlər normal olub və bu normallaşma prosesində sözsüz ki, Azərbaycan tərəfi həmişə müsbət mənada irələyişə doğru səy göstərmişdir. Təəssüflər olsun ki, Azərbaycanın haqq-ədalət mübarizəsinin dəstəklənməsində Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsində və müəyyən qaydada dəstək verilməsində Fransa öz mövqeyindən öz səlahiyyətlərindən lazımı qaydada istifadə etməmiş, nəinki Azərbaycanın haqlı mübarizəsini dəstəkləmiş, əksinə təcavüzkar Ermənistanın yanında olduğunu bəyan etmişdir. Və bu gün də Fransa eyni mövqedədir.
Tahir Rzayev
 Tahir Rzayev

Deputat qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun sadiqlik göstərdiyi illərdə olduğu kimi, hazırda da təcavüzkar və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni quldurlarının yanında olduğunu bəyan edir. Onları silahlandırır və özünün antiazərbaycan təbliğatı ilə fərqlənir.
“Sözsüz ki, bu Azərbaycan dövləti tərəfindən qəbuledilən deyil. Və dövlətimizin rəhbəri cənab İlham Əliyev dəfələrlə bu mövqeyə öz kəskin etirazını bildirmiş və Fransanın tutduğu yolu məqbul hesab etməmiş, bu yoldan çəkilməsini bildirmişdir. Təəssüflər olsun ki, Fransa dövləti və dövlətin rəhbəri Makron, eləcə də ölkənin siyasi dairələri özlərinin məkirli niyyətlərindən əl çəkməmiş və Azərbaycana qarşı qərəz nümayiş etdirmişlər”-deyə deputat bildirib.скачать dle 12.1