Bia.Az

"Ermənistanın "rahat" yaşamasının yeganə yolu, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmaqdır"

Siyasət
 26-01-2024, 18:23     251

"Türkiyə-Azərbaycan əlaqələri iki ayrı dövlət münasibətindən daha çoxdur. Dövlətlər bir-birindən ayrı olsalar da, “bir millət” olmanın tələbi olaraq iki ölkə arasındakı münasibətlər hər bir dövlətin öz maraqlarını prioritet hesab etməsi əvəzinə “hər iki dövlətin mənafeyini birlikdə inkişaf etdirmə qaydası” çərçivəsində formalaşır. Bu baxımdan beynəlxalq görüşlərdə, danışıqlarda, siyasi arenada Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın hüquqlarını müdafiə edə bilər. Xüsusən, iki dövlətin ortaq problemi olan Ermənistan məsələsində tamamilə ortaq siyasət həyata keçirilir. Türkiyə və Azərbaycanın regional və qlobal ortaq siyasətləri Qafqazda və digər dövlətlərdə sabitliyə, etimada, sülhə və iqtisadi inkişafa müsbət töhfə verir. Qarabağ qələbəsindən sonra iki ölkənin sosial-iqtisadi əlaqələrinin ən azı 3 dəfə artacağı təxmin edilir. Türkiyə ilə Azərbaycan arasında sosial-iqtisadi münasibətlərdə baş verən proseslər region və dünya üçün müsbət nəticələrə gətirib çıxaracaq. İki qüdrətli ölkə Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmaq həm Rusiyanın, həm də Ermənistanın marağındadır. Türkiyə-Azərbaycan münasibətlərinin və birliyinin mahiyyətini sənədləşdirən son dəlil "Şuşa Bəyannaməsi"dir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb.Professor bildirib ki, əslində Ermənistanın rahat yaşamasının yeganə yolu Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmaqdır. Qarabağdakı qələbəyə görə açılacaq dəhliz Naxçıvan Muxtar Respublikasını da ön plana çıxaracaq. Çünki Naxçıvan, Türk dünyasında Türkiyə ilə quru sərhədi olan və formalaşacaq dəmir yolu şəbəkəsinin mərkəzində olan yeganə torpaq parçasıdır. Bu gün Macarıstan istisna olmaqla, Türk Dünyası arasındakı ticarət həcmi təxminən 20 milyard dollar, Macarıstan daxil edildikdə bu rəqəm 25 milyard dollar ətrafındadır. Naxçıvan bunun üçün tranzit marşrutu və gələcəkdə daha da artacaq potensial ola bilər. Bu səbəbdən də Naxçıvan-Azərbaycan yolunun heç bir şəkildə bağlanmayacaq uyğun strategiya ilə açılması və nəzərdə tutulan planların indidən işə salınması vacib olacaq.
Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud
 Kərəm Qarabulud

Kərəm Qarabuludun sözlərinə görə, Naxçıvan-Azərbaycan yolunun tikintisi =Qarabağın quruculuğuna və inkişafına mühüm töhfə verəcək. Ermənilər indiyə qədər olduğu kimi Qarabağda da işğal etdikləri torpaqları gedərkən də dağıdıblar. Bu kontekstdə onların 30 il ərzində Qarabağda törətdikləri dağıntıların ümumi məbləği təxminən 1 trilyon dollardır.

Professorun fikrincə, Türkiyə-Azərbaycan əlaqəsi bu yolla təmin ediləcəyi üçün Qarabağın qurulmasına və inkişafına hər cəhətdən dəstək veriləcək.скачать dle 12.1