Bia.Az

"Avropa insanların hüquq və azadlıqlarını təmin edərkən tərəf seçir"

Siyasət
 25-01-2024, 18:03     196

Avropa Şurası Parlament Assambleyasının sessiyasında almaniyalı deputat Frank Şvabe Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsini istəyib. AŞPA-nın rəsmi saytının verdiyi məlumata görə, Şvabe Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsinə əsas kimi ölkədəki siyasi məhbusların problemlərini göstərib; insanların Dağlıq Qarabağdan məcburi köçürülməsi; Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana səfər edə bilməməsi; eləcə də AŞPA-dan ölkədə fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvətin olmaması olub.

  • AŞPA 30 illik işğal dövründə Azərbaycanın lehinə qərar veribmi?
  • Azərbaycan nümayəndə heyətinin səlahiyyətinə xitam verilərsə nə ola bilər?
Avropa Şurası Parlament Assambleyasında alman deputatın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsi barədə çıxışı gözlənilən idi. Ötən ilin aprel ayında, yəni Laçın rayonu ərazisində nəzarət-buraxılış postu qoyulduqdan sonra Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin, beynəlxalq təşkilatların reaksiyalarında hər şey açıq şəkildə hiss olunurdu. Xüsusilə, 19-20 sentyabr, lokal antiterror tədbirləri, Qarabağda yaşayan ermənilərin könüllü şəkildə ərazini tərk etmələri isə, həmin qüvvələrin planlarını alt-üst etmiş oldu.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat əlavə edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.
Nəsib Məhəməliyev
 Nəsib Məhəməliyev

“Bu təşkilatın əsas vəzifəsi Avropa məkanında insanların hüquq və azadlıqlarının təmin olunmasıdır. Lakin, 1 milyon qaçqın və köçkünlərin problemini, acınacaqlı vəziyyətini görməzdən gələn AŞPA bir dəfə olsun Ermənistanın işğalçı siyasətinə qarşı çıxmadı. Separatçılığı və dini-mədəni abidələrin, şəhərlərin, kəndlərin vandalcasına dağıdılmasını qınamadı. Meşələrin qırılmasını, təbii sərvətlərin qanunsuz daşınmasını, ekologiyaya vurulmuş ziyanı pisləmədi. Nə verdi AŞPA Azərbaycana. Hər dəfə münaqişə ilə bağlı məsələlər qaldırılanda, məsləhət verirdilər ki, ancaq danışıqlara üstünlük verilməlidir. Müharibə etmək olmaz. Baxmayaraq ki, Qarabağ əsilli kriminal prezidentlər Koçaryan və Sarkisyan həmin AŞPA-nın tribunasından fəxrlə, Azərbaycan torpaqlarının işğalından danışırdılar. Keçmiş vilayətin inzibati ərazisinə daxil olmayan 7 rayonun işğalını təhlükəsizlik zonası elan etmişdilər. AŞPA bir dəfə də olsa, onlara etiraz etmədi. Onları məsuliyyətsiz, həyaslz bəyanatlardan çəkindirmədi”-deyə Nəsib Məhəməliyev əlavə edib.
Deputatın sözlərinə görə, bütün bunların əvəzində konkret cinayətlərə görə həbs olunmuş şəxsləri siyasi dustaq adlandırmaqla, Azərbaycan hökumətini daim təzyiq altında saxlamağa cəhd etdilər.
Nəsib Məhəməliyevin fikirncə, bunun adı ikili standartlardır. Qərəzli yanaşmadır. Məhz, belə yanaşma, AŞPA və öz meyarlarına uyğun selektiv siyasət aparan bəzi beynəlxalq təşkilatlar, Azərbaycan xalqında onlara olan inamı sarsıtdı.
“Tutaq ki, sabah Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə xitam verildi və yaxud səsvermə hüququndan məhrum edildi. Yəqin ki, səsvermə hüququ alınandan sonra biz özümüz təşkilatı tərk edəcəyik. Sonra nə olacaq. AŞPA-ya ödəniləsi üzvlük haqqlarını, digər xərcləri sosial layihələrin icrasına yönəldərik.
Almaniyalı deputatın istinad etdiyi iki məsələnin biri, guya ki, Qarabağdan ermənilərin zorla deportasiya olunmasıdır. BMT başda olmaqla, bütün dünya gördü ki, bir nəfər də olsa, erməni xəsarət almadan, könüllü şəkildə ölkəni tərk edib. Əksinə, ən yüksək səviyyədə, dəfələrlə çağırışlar edilib ki, qalsınlar. Deməli, ağ yalandır.
İkinci məsələ, 7 fevralda keçiriləcək seçkilərə Azərbaycan tərəfinin müşahidəçilər üçün dəvət göndərməməsi göstərilir. Çox düz edib, göndərməyib. Əvvəlcədən qərəzli, düşmən münasibət göstərən ermənipərəst qüvvələrin Azərbaycanda nə işi var. Onlar olmadan belə, bir çox təşkilatlar müşahidəçi olaraq Mərkəzi Seçki Komissiyasında qeydiyatdan keçiblər və vəzifələrini icra edəcəklər”-deyə deputat xüsusi olaraq vurğulayıb.
Nəsib Məhəməliyev əlavə edib ki, Azərbaycan o ölkələrdəndir ki, dostluq üçün uzanan əlləri heç zaman kəsməz.
“Bir addım atarsan, iki addım atarıq. Əfsuslar olsun ki, 23 il ərzində AŞPA-dan gözlədiklərimiz özünü doğrultmadı”-deyə deputat bildirib.скачать dle 12.1