Bia.Az

"Azərbaycan-Avropa İttifaqı arasındakı əlaqələr absurd "ərazi iddiası" bəyanatları ilə gərginləşdirilir"

Siyasət
 24-01-2024, 14:26     153

"Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar yalnız ikitərəfli müstəvidə həyata keçirilməlidir. Çünki biz Avropa İttifaqının və digər vasitəçilərin birgə həyata keçirdiyi danışıqlar prosesində, xüsusilə Avropa Birliyində Fransanın hüdudsuz fəaliyyəti Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını fiaskoya uğratdı. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jozep Borelin bu açıqlamaları Avropa İttifaqı-Azərbaycan əlaqələrinə müəyyən bir mənfi təsir edə bilər".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullazadə danışıb. Politoloqun sözlərinə görə, Avropa ittifaqı hesab edir ki, Azərbaycana qarşı müəyyən sanksiyaları gündəmə gətirə bilərlər. Avropa İttifaqı məhz 30 il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı işğalına susqunluq nümayiş etdirib. Ermənistana qarşı hər hansı bir ciddi tədbirlər görməyib. Avropa İttifaqının dövlətləri Ermənistanla Azərbaycan arasında danışıqlara dəstək verməyə çalışırdı.
Məhəmməd Əsədullazadə 
Məhəmməd Əsədullazadə
Politoloq vurğulayıb ki, ümumiyyətlə Azərbaycan tərəfi Ermənistana hər hansı bir ərazi iddiaları irəli sürmür. Bu, Jozep Borel tərəfindən verilən yalnış bir açıqlamadır. Məhəmməd Əsədullazadə qeyd edib ki, bundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər böhranlı şəkildə davam edəcək. Bu isə, qərəzli şəkildə Avropa İttifaqından qaynaqlanır.
“Ümumiyyətlə Avropa Şurası Azərbaycana qarşı müəyyən siyasi təxribatlar həyata keçirtdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistanla demək olar ki, ərazi münaqişəsi yoxdur. İki tərəfli danışıqlar aparılır. Biz görürük ki, iki tərəfli danışıqlara mane olacaq açıqlamalar verilir, hərəkətlərə yol verilir. Avropa İttifaqı və digər təşkilatlar hesab edir ki, Azərbaycan burada Ermənistanı sıxışdırır və yaxud Ermənistana ərazi iddiaları irəli sürür və yaxud Azərbaycan digər ölkə ilə birgə hərəkət edərək, Ermənistanın üzərinə gəlir”-deyən politoloq bildirib ki, Avropa İttifaqı öz siyasətində korrektə etməli və Azərbaycana qarşı qərəzli bəyanatlara son verməlidir. Çünki baş verənlər Avropa İttifaqının Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən bir siyasət ortaya qoyur.
Məhəmməd Əsədullazadənin fikrincə, Avropa İttifaqının rəsmilərinin bu açıqlamaları aparılan sülh danışıqlarını demək olar ki, sıfıra endirə bilər. Bir tərəfli şəkildə Azərbaycanı ittiham etməklə Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında aparılan danışıqlara zərbə vurmaqla yanaşı, Ermənistanda müəyyən revanşist qruplarının maraqlarına xidmət edir.
Xatırladaq ki, ötən gün Avropa İttifaqına xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jozep Borel Azərbaycan əleyhinə müəyyən açıqlamalar verib. O, qeyd edib ki, Azərbaycanın son vaxtlar ərazi tələbləri çox narahatedicidir. Borel vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməz olacaq və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə gətirib çıxaracaq.скачать dle 12.1