Bia.Az

“Avropa İttifaqının əsas hədəfi, Rusiyanın Cənubi Qafqazdan - Ermənistandan çıxmasıdır"

Siyasət
 23-01-2024, 17:18     221

“Avropa İttifaqının əsas hədəfi, Rusiyanın Cənubi Qafqazdan - Ermənistandan çıxmasıdır. Buna yönəlik artıq 2 ildir ki, ciddi tədbirlər görürlər. Təbii ki, Rusiya da öz yerindən, yəni Ermənistandan çıxası deyil. Bununla bağlı, onlar bəyanat da veriblər”


Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq Lavrovun “bizim hərbi bazamızın 2044-ci ilə qədər orda qalmasına dair müqaviləmiz var” sitatını xatırladaraq vurğulayıb ki, Rusiya asanlıqla Ermənistandan çıxmayacaq.

Politoloq Elşad Həsənov 
Elşad Həsənov

“Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Onların iqtisadiyatının, elektrik enerjisinin, dəmir yolunun əksəriyyəti rusların əlindədir.

Sərhədini Rusiya qoruyur. Və belə bir ölkə hansı güclə, hansı iqtisadi göstərici ilə Rusiyanı öz ərazisindən çıxara bilər? Bu, indiki dövrdə real görünmür.

Politoloqun fikrincə, ABŞ və Avropa buna kömək göstərir. Buna baxmayaraq, bu "ayrılıq" yaxın zamanlarda real deyil.

“Bu, o zaman real ola bilər ki, Ukrayna müharibəsində Rusiya məğlub olsun. Rusiya dağılsın. O zaman onların qonşularının burdan çıxarılması məsələsi asan ola bilər. Bu da hələlik real görünmür. Hələ müharibə gedir. Hələ bu istiqamətdə elə də ciddi irələyiş yoxdur ki, Rusiyanın məğlubiyyəti hiss edilsin”-deyə Elşad Həsənov əlavə edib.скачать dle 12.1