Türkiyə-Azərbaycan hərbi təlimlərinə döyüş helikopterləri cəlb edilib – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
BİA.az