Bia.Az

Artıq xidməti vəsiqə ilə rayonlara gedə bilməyəcəksiniz! – DİN qaydaları AÇIQLADI

Siyasət
 4-08-2020, 21:36     323

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
O qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları bir rayondan digərinə icazə ilə gedə biləcək:
“Bu ezamiyyə və digər sənədlərlə mümkündür. Amma hansısa qurumun əməkdaşı xidməti vəsiqə ilə olduğu şəhər və rayonu tərk edə bilməyəcək. Daha təfsilatlı məlumat araşdırmalardan sonra açıqlanacaq”.
Ezamiyə sənədi olanların şəxsi avtomobildən istifadəsinə gəlincə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, hazırda bu məsələ müzakirə olunur:
“Bir neçə varinat üzərində iş aparılır. Kimlərin hansı formada gediş-gəlişinə icazə veriləcəyilə bağlı günün sonunadək ictimaiyyətə açıqlama veriləcək. Hələ ki, sərtləşdirilmiş karantin rejimi sabah səhər saat 6-ya qədər qüvvədədir”.
Qeyd edək ki, karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına giriş və çıxış məhdudlaşdırılıb./modern.az/

BİA.az
скачать dle 12.1