Bia.Az

Moskva Ermənistana diplomatik hücumu artırır: Əsas hədəf budur

Siyasət
 21-01-2024, 00:56     212

“Sergey Lavrovun Ermənistanı hədəfə alması təsadüfi deyil. O, bu yolla Paşinyana, onun komandasına açıq mesaj verir”.
 
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında Ermənistana yönəlik açıqlamalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Lavrov həm də erməni cəmiyyəti və müxalifətinə açıq mesajlar göndərdi:

“Lavrovun Ermənistan hakimiyyətini sərt tənqid etməsi əslində onu göstərir ki, rəsmi İrəvan Qərbə yaxınlaşır. Bu isə Ermənistan üçün risklər yaradır. Kreml bu vəziyyətdən əlbəttə ki, narazıdır. Bunu da Lavrov vasitəsilə dilə gətirir.

Lakin diqqətçəkən məqam Lavrovun daha çox müxalifət və ictimaiyyətə yönələn açıqlamalarıdır. O, müxalifətin diqqətinə çatdırır ki, mövcud iqtidar Qərb meyllidir və Rusiyadan uzaqlaşır. Yəni Rusiya ilə münasibətlərin korlamasını istəmirlərsə, Paşinyana təzyiq etməlidirlər.

Rusiyanın Ermənistandakı təsir gücü hələ də çoxdur. Düzdür, bu günə qədər bunu radikal formada göstərməsələr də reallıq bundan ibarətdir. Hələlik Paşinyan üçün risk yoxdur, lakin Kreml yavaş-yavaş müxalifəti oyadır”.скачать dle 12.1