Bia.Az

Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC

Siyasət
 4-08-2020, 19:23     315

 "Bizdən Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qanunsuz olaraq "pandemiya haqqı" tutulur". Bu barədə DİA.AZ-a giley edən sahibkarlar bildirir ki, ölkədə koronavirusla bağlı xüsusi rejimin yüngülləşməsi ticarəti də canlandırmış oLacaq, əgər bəzi məmurlar imkan versə...

Mənbə bildirir: "Biz məktəb ləvazimatlarını ölkəyə gətiririk. Digər iş adamlarında olduğu kimi, bizim də biznesimiz ciddi zərər görüb. Dövlətdən heç bir yardım almamışıq. Bu bir yana... İndi də yeni dərs ilinə hazırlaşdığımız bir zamanda DGK tərəfindən əlavə basqılara məruz qalırıq.."

Narazı sahibkar iddia edir ki, Səfər Mehdiyevin şəxsi göstərişi ilə hər bir sahibkarladan gətirdiyi malın miqdarına və məbləğniə uyğun olaraq 2000-10000 arası pul yığılır: "Səbəbi izah edilmir. Elə deyirlər ki, pandemiyadır, dövlətə pul lazımdır. Bizim canımız dövlətə qurban. Amma dövlət bzi Səfər Mehdiyevlə sınağa çəkməsin, bizdən pulu onun əli ilə almasın. Əminik ki, bizim DGK-ya verdiyimiz pulların eç 10 faizi də dövlətə çatmır".

Narzı sahibkar sonda dövlət rəhbərliyindən DGK-dakı özbaşınalığı durdurmasını da xahiş edib.

İddia olunanlarla bağlı Bia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..


BİA.az
скачать dle 12.1