Bia.Az

336 nəfərlik “diviziya”nın Bakıya “hücumu” – Tarixi səhv

Siyasət
 18-01-2024, 17:59     221

Fransa Senatı 336 lehinə, 1 əleyhinə səs olmaqla Azərbaycana qarşı qətnamə layihəsi qəbul edib. Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur. O qeyd edib ki, qəbul edilən qətnamə Cənubi Qafqazda sülhə maneədir.

Maraqlıdır, bu kimi addımlar Azərbaycan üçün təhlükəlidir?

Mövzu barədə Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə layihəsi tarixi səhvdir:

Hikmət Babaoğlu

“Bu, Fransa-Azərbaycan münasibətlərinə həmişə kölgə salacaq. Bu gün həmin qətnaməni qəbul edən Senat üzvləri gələcəkdə cavab verməli olacaqlar. Ona görə ki Azərbaycan kiçik ölkə deyil, Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyi təminatında mühüm rol oynayan, alternariv marşrutlar təklif edib, həyata keçirən dövlətdir. Əgər Fransa özünü Aİ üzvü hesab edirsə, təkcə Azərbaycanla ikitərəfli münasibətləri deyil, Aİ-Azərbaycan münasibətlərini nəzərə alaraq addım atmalıdır”.

Deputatın sözlərinə görə, Fransadakı aqressiv əhvali-ruhiyyə təkcə Azərbaycana deyil, bir çox ölkələrə qarşıdır:

“Hazırkı qətnamənin ikitərəfli münasibətlərdən başqa heç nəyə mənfi təsiri yoxdur. Fransa bu qətnamənin təsir imkanları altında olan ölkələr tərəfindən də qəbul olunmasına cəhd edərək, Azərbaycana qarşı kollektiv cəbhə yaratmağa çalışacaq. Lakin bu da Azərbaycana real təhlükə yaratmayacaq”.скачать dle 12.1