Bia.Az

Ermənistana böyük fəlakətlər astanasında

Siyasət
 17-01-2024, 15:13     197

"Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki missiyasını 1500 nəfərə qədər artırılması, İrəvanın birgə Bəyanatla üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Zəngəzur dəhlizinin açılmamasını və Azərbaycanın işğal altındakı 8 kənddən ibarət ərazilərinin geri qaytarilmamasıni təmin etmək məqsədi daşıyır".

 "Olaylar" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib: "Proseslərin belə bir təhlükəli istiqamətdə inkişaf etdirilməsi məğlub Ermənistana böyük fəlakətlər vəd edir. Rəsmi Bakı tərəfindən uzadılan sülh əlini tutmaq əvəzinə xaricdən silah almağa və regiona aid olmayan kənar qüvvələri tarixi Azərbaycan torpaqlarına dəvət edən Ermənistan yol verdiyi bu təxribatların cavabını artıqlaması ilə alacaq".скачать dle 12.1