Bia.Az

Azərbaycana təhdid yaransa, bu sənəd işə düşəcək

Siyasət
 15-01-2024, 23:39     292

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə zamanı Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub.
“Bu gün ölkəmiz qarşısında hansısa ciddi bir məsələ dayanacağı təqdirdə, zəng edəcəyim insan, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacaq” – Prezident deyib.

Beynəlxalq birliyin aparıcı komponentləri tərəfindən ölkəmizə qarşı genişlənməkdə olan sıxışdırma kampaniyası fonunda Prezidentin bu sözləri diqqət çəkir.

Maraqlıdır, Azərbaycana qarşı təhdid yaranarsa, Türkiyənin reaksiyası necə olacaq? Ankara istənilən eskalasiya zamanı Bakıya yardım edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur:

“İki ölkənin dostluğu çoxəsrlik əlaqələrə söykənir: eyni kökə, eyni dilə, eyni dinə mənsubluq var. Bu mənada iki ölkə münasibətləri istər region, istərsə də regionda maraqlı olan böyük güclər tərəfindən qısqanclıqla, bəzən isə təhdidlə qarşılanır.

Türkiyə-Azərbaycan münasibətlərinə 20-ci əsrdən baxmaq daha yaxşıdır. Belə ki, azərbaycanlılar Çanaqqalada, Qaliçyada, Sarıqamışda, habelə Türkiyə İstiqlaliyyət savaşında Ankaraya dəstək verib, qardaşları ilə çiyin-çiyinə savaşıblar. Təbii olaraq Türkiyə də həm Birinci, həm İkinci Qarabağ müharibələrində, həm də siyasi məsələlərdə Azərbaycana dəstəyini əsirgəməyib.


Vüqar Zifəroğlu

İki ölkənin qardaşlığı, dostluğu Cənubi Qafqazda gedən siyasi proseslərin sınağından keçib, pərçimlənib. Ankara beynəlxalq təşkilatlarda Azərbaycanı hər zaman müdafiə edib.

Bu gün regionda mühüm layihələr icra edilir və yeni layihələrin planı qurulur. Bu planların reallaşması, gerçəkləşməsində Türkiyənin dəstəyi vacibdir. Təbii olaraq Azərbaycana qarşı hər hansı təhdid yaranarsa, Türkiyə ilk dəstək verəcək, yardım edəcək ölkədir. Şuşa Bəyannaməsi bu gün də keçərlidir.

Türkiyə Azərbaycanın yeganə rəsmi müttəfiqidir. Bu müttəfiqlik Qərbdə ciddi şəkildə narahatlıq yaradır. Buna görə də tez-tez iki ölkənin arasını vurmağa çalışırlar, lakin bütün cəhdlər əbəsdir. Türkiyə-Azərbaycan dostluğu, müttəfiqliyi sarsılmazdır”.скачать dle 12.1