Bia.Az

Namizədlərin efir vaxtı

Siyasət
 15-01-2024, 16:06     126

Fevralın 7-də keçiriləcək prezident seçkisində yarışan namizədlər İctimai Televiziya və Radioda ödənişsiz təşviqat aparacaq. Mərkəzi Seçki Komissiyası bildirir ki, bazar ertəsi, çərşənbə və cümə günləri saat 21-dən 22-dək televiziyada, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 21-dən 22-dək radioda dəyirmi masa təşkil olunacaq.

Efir günlərində hər namizədə 8 dəqiqə 57 saniyə düşür. Namizədlərin və ya onların nümayəndələrinin çıxış ardıcıllığı belədir: Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvü Razi Nurullayev, müstəqil siyasətçi Fuad Əliyev.

Yanvarın 15-də start götürən seçkiqabağı təşviqat fevralın 6-dək davam edəcək.скачать dle 12.1