Bia.Az

“RUSİYA DAXİLİNDƏKİ GƏRGİNLİYİ XARİCƏ KÖÇÜRÜR...” – “Yeni SSRİ sərsəm ideyadır”

Siyasət
 1-08-2020, 16:50     323

Son vaxtlar bütövlükdə MDB məkanında gərginliyin artması müşahidə olunmaqdadır. İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatı, bundan sonra yaşanan gərginlik, iyulun 29-da Minskdə Rusiyaya aid muzdlu döyşçülərin saxlanılması və rəsmi Minskin Moskvanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham etməsi, Normand formatında Ukrayna ilə Rusiya arasındakı atəşkəs razılaşmasına baxmayaraq, gərginliyin davam etməsi kimi hallar – bütün bunlar təsadüfdürmü, yoxsa eyni mərkəzdən idarə olunan prosesin ayrı-ayrı tərkib hissələridir?

“AzPolitika.info” bu mövzuyla bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib:

- Fazil bəy, sizcə, son zamanlar MDB məkanında gərginliyin, konfliktlərin artmasının səbəbi nədir?

- MDB məkanında baş verənlər təsadüfi deyil. Xüsusilə Jirinovskinin son açıqlamaları göstərdi ki, Rusiyada imperialist maraqların çəkinmədən qabardılması müşahidə olunur. Bu da narahatçılıqla izlənilir. Diqqət edirsinizsə, Rusiyanın özünün daxilində başlayan proseslər də gərginləşir. Ehtimal budur ki, daxildə proseslər gərgin xarakter aldıqda, bunun xaricə köçürülməsi yolları işə düşür. Fikrimcə, Belarusla bağlı, elə başqa məsələlərdə də belə narahatçılıq və təhlükə var. Bu baxımdan hesab edirəm ki, Belarusun özündə hakimiyyət dəyişikliyi ilə bağlı müəyyən ssenarilərin işə düşməsi təhlükəsi olduğundan Prezident Aleksandr Lukaşenko tərəfindən belə bir addım atıldı.

BIA.az
скачать dle 12.1