Bia.Az

Bakı bu görüşə razılıq vermədi – Səbəb

Siyasət
 14-01-2024, 21:44     195

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenlə görüşüb. Qriqoryan Obrayenin diqqətinə çatdırıb ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə razıdır. Bununla Armen Qriqoryan Obrayenə demək istəyib ki, rəsmi Bakı nazirlərin Vaşinqtonda görüşünə hələ razılıq verməyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.


Elxan Şahinoğlu
O bildirib ki, rəsmi Bakının Vaşinqton görüşüylə bağlı qərar verməməsi Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatla əlaqəlidir:
“Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını bildirib. Ona görə çoxdan gözlənilən və Dövlət Departamentinin yanlışları nəticəsində hər dəfə təxirə salınan Vaşinqton görüşü baş tutsa belə, bunun Bakı ilə İrəvan arasındakı dialoqa birbaşa təsiri olmayacaq. ABŞ-ın təkbaşına Azərbaycanla Ermənistan arasında sülh sazişinə təminatçı dövlət olması mümkün deyil”.скачать dle 12.1