Bia.Az

Paşinyan Bakı ilə silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağa hazır olduğunu açıqlayıb

Siyasət
 13-01-2024, 22:07     382

Ermənistan Azərbaycanı silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamağa dəvət edir.


Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan və Azərbaycan bu sazişləri həyata keçirmək üçün silahlarla bağlı konkret sazişlər bağlamaq və bir-birini izləmək imkanı əldə edəcəklər”, - deyib.

Paşinyanın sözlərinə görə, Azərbaycan Ermənistanın sərhəddəki gərginliyi azaldan və sülh üçün möhkəm zəmin yaradan təkliflərini qəbul etmir: “Biz deyirik: sülh müqaviləsini elə imzalayaq ki, müharibə mümkün olmasın. Amma bəzən Azərbaycanın təkliflərini oxuyanda belə bir təəssürat yaranır ki, onlar qarşıdan gələn müharibəni qanuniləşdirmək istəyirlər. Biz deyirik: sərhəddən qoşunları güzgü şəklində çıxaraq. Azərbaycan bunu rədd edir.Biz deyirik: sərhəd rayonlarını demilitarizasiya edək. Azərbaycan yenə də bunu rədd edir”, - deyə o əlavə edib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.
“Təəssüf ki, bu ana qədər Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar. İstər Ermənistanda, istər Azərbaycanda, istərsə də ölkələrimizin hüdudlarından kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaqlar, lakin burada ölkə rəhbərlərinin mövqeyi çox önəmlidir”, - deyən Paşinyan əlavə edib ki, hər iki ölkənin ən yüksək səviyyədə verilən bəyanatlarda tərəflərin sülh müqaviləsini imzalamağı nə qədər səmimiyyətlə arzuladığını göstərir.
Paşinyan bu məsələnin ona və Azərbaycanın Prezidenti İlham Əliyevə aid olduğunu da vurğulayıb.
“Bu, artıq məni və Azərbaycan liderini narahat edən sualdır. Fəsadların çox olacağı aydındır, amma məsələ bu fəsadları həll edəcəyik, ya yox. Əldə olunan razılaşmalar üzərində yeni reallıq qurmaq lazımdır. Ən azından mən bu yolla gedirəm, ümid edirəm ki, Azərbaycan rəhbəri də bu yolla gedəcək”, -qeyd edib.
Qeyd, görünür Prezident İlham Əliyevin ölkə mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistan siyasi dairələrində vəziyyətin onların xeyrinə olmadığı qənaətini gücləndirib. Artıq heç bir xarici qüvvənin onların xeyrinə nəyisə dəyişdirməyəcəyini anlamağa başlayıblar. Ya da belə görüntü yaratmağa çalışırlar. Azərbaycan hökuməti və xalqı həmişə sülh tərəfdarı olub. Ermənistanda bunun əksi olduğunu Paşinyan hamıdan, hətta Makrondan da yaxşı bilir.скачать dle 12.1