Bia.Az

İranın Ermənistan planı regiona gərginlik vəd edir – Bakının cavabı

Siyasət
 13-01-2024, 19:57     246

Ermənistanda İran üzrə ekspertlərdən biri deyib ki, İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir. Ancaq Baş nazir Nikol Paşinyan qonşusundan silah və hərbi texnika almağa çəkinir.

Buna baxmayaraq erməni ekspert qeyd edib ki, mümkün müharibə şəraitində İran ordusunun Ermənistan tərəfində münaqişəyə birbaşa münaqişəsi az gözləniləndir.

Maraqlıdır, İranın Ermənistana silah satmaq həvəsi regionda sülhün bərqərar olmasına mane olur? Nikol Paşinyan İrandan silah almağa qərar verərsə, bu Ermənistanın Qərblə olan münasibətlərinə təsir göstərə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, İranın Ermənistana silah satmasının iki səbəbi var:

“Birincisi, İran Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdə çətinlik çəkir. Buna görə də Ermənistanı gücləndirmək istəyir. Yəni bu bir balanslaşdırma siyasətidir. İkincisi, Ermənistan hal-hazırda ciddi mənada silah-sursata, habelə hərbi texnikaya ehtiyac duyur. 44 günlük İkinci Qarabağ müharibəsində rəsmi İrəvan sahib olduğu texnikanın böyük qismini separatçılara vermişdi. İndi isə çarəsiz durumdadır. Bu ehtiyacı aradan qaldırmaq üçün Fransa və Hindistandan silah-sursat, hərbi texnika alır. İranla da məhz bu məqamda silah alışı gerçəkləşir.


Politoloq Oqtay Qasımov

O ki qaldı hər hansısa bir münaqişə zamanı İranın prosesə müdaxiləsinə, hesab edirəm, bu, zəif variantdır. Azərbaycan Ermənistan ilə hər hansı qarşıdurmada maraqlı deyil. Gündəliyimizdə müharibə yox, sülh var. Sülh gündəliyi çərçivəsində mühüm addımlar atılır. Yəni gərginlik riski sıfıra bərabərdir”.скачать dle 12.1