Bia.Az

"Prezident İlham Əliyev adı kimi Türk Dünyası üçün "ilham" mənbəyinə çevrilib"

Siyasət
 13-01-2024, 16:43     284

“Biz artıq ona bir ölkənin lideri kimi baxmırıq, onu fəth edən Ali Baş Komandan kimi görürük. Prezident İlham Əliyevin ölkəni idarə edərkən qazandığı uğurlardan nə qədər danışsaq da, bu, yetərli olmaya bilər. Prezidentin göstərdiyi liderlik və siyasi arenada daşıdığı rol, Qarabağın işğaldan azad edilməsində tətbiq etdiyi siyasi düha ilə təkcə Azərbaycanda deyil, "Türkəm" deyən hər kəsin qanayan yarası onu təkcə Azərbaycan üçün deyil, Türk Dünyası üçün də böyük uğura çevirmiş və əhəmiyyətini artırmışdır. Türk dilində bir atalar sözü var ki; "Körpüdən keçərkən atları dəyişdirə bilməzsiniz." Bəli, tək Qarabağ məsələsi Türk Dünyasının üzərindən qara buludları qaldıran zəfərli nəticə olduğu halda, onun qalib baş komandanı İlham Əliyev təbii ki, yenidən ölkə rəhbərliyinə namizəd olmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün bildirib ki, prezident İlham Əliyev atası Heydər Əliyevdən aldığı siyasi irslə hakimiyyətdə olarkən Azərbaycanı daha yüksək pillələrə qaldırdı və onun müasir iqtisadi inkişafını təmin etdi. Prezident beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmayan Qarabağ problemini həll etdi. İlham Əliyev 28 il ərzində Azərbaycan dövlətini beynəlxalq dövlətlər birliyində mötəbər yerə çıxardı.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün 

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün“Uzun illər Azərbaycanda qaldım, etiraf edim ki, Azərbaycana gedəndə önyarğılı idim. Orada qaldıqdan sonra gördüm ki; Prezident hakimiyyəti dövründə müxtəlif mədəniyyətlərə, düşüncələrə, bütün fərqliliklərə hörmət edən bir anlayışla ilk növbədə ölkədə birliyi və həmrəyliyi təmin edir.
Prezident öz millətinin dilinə, dininə, mədəni dəyərlərinə önəm vermiş, onları mənimsəmiş, dövlətin və millətin məqsəd, dəyər və baxışını milli zəmində təcəssüm etdirərək ölkəsini müasir sivilizasiyalara çatdırmışdır. O, dəyişən dünya şəraiti ilə bərabər özünü, dövlət təşkilatını və fəaliyyətini daim yeniləməklə Azərbaycanın öz regionunda və dünyada varlığını təmin etmiş və demək olar ki, dünya siyasi liderləri sırasında son 20 ildə dəyişikliyə və çevrilməyə bu qədər sürətlə ayaqlaşan, aldığı qərarlarla ölkəsini və dövlətini yaşadan liderlər liderlik nümayiş etdirmişdir”- deyə Səlcuq Düzgün vurğulayıb.
Səlcuq Düzgün qeyd edib ki, cənab Prezident İlham Əliyev XXI əsrin ən uzaqgörən liderlərindən biridir. Və bu lider Türk Millətinə və dostlarına güvən vermək, düşmən olan ünsürləri daim qorxuda saxlamaq üçün vəzifəsini davam etdirməlidir.
“Cənab Prezident də adı kimi Türk Dünyası üçün ilham mənbəyinə çevrilib. Ömrü uzun, qılıncı iti, ölkəsi firavan olsun”-deyə Düzgün fikrini yekunlaşdırıb.скачать dle 12.1